İlham Əliyev Mədət Quliyevi Dövlət Komissiyasının sədri təyin etdi
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna yeni təyinat olub. Virtualaz.org saytının rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, milli təhülkəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev prezident İlham Əliyevin noyabrın 2-də imzaladığı sərəncamla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib. Qeyd edək ki, bu komissiyanın fəaliyyəti barədəki nizamnamənin müddəalarına görə, onun sədri postunu Azərbaycanın milli təhlükəsizlik naziri tutmalıdır.