MTN generalı ilə bağlı əmr verildi
General-leytenant Mədət Quliyev Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisini işdən çıxartdı.
ANS PRESS-in məlumatına görə, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.
“MTN işi” ilə əlaqədar demək olar ki, gər gün həbslər həyata keçirlir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.
Həmçinin oxuyun: Peşəkarlar MTN-ə qaytarılır
Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.
Vidadi Zeynalov - nazirliyin aparat rəhbəri
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının çoxu telefon danışıqlarının qanunsuz dinlənməsi ilə əlaqədar hazırda dindirilir. ANS PRESS-ə nazirlikdən verilən məlumata görə, ciddi yoxlamalar bir neçə gün öncə başlayıb. Demək olar ki, əməkdaşların çoxu artıq dindirilib. Hazırda da bu dindirmələr davam etdirilir.
Bundan başqa, sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsi mühafizə xidmətinin dörd əməkdaşı həbs edilib. Həbs edilən mühafizəçilər sabiq nazirin qanunsuz göstərişlərini icra etməkdə, ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilir.
Həmçinin oxuyun: MTN generalının oğlu işdən çıxarıldı
Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyindəhəbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.
Eldar Mahmudov - keçmiş milli təhlükəsizlik naziri
Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.
“Bu da heç şübhəsiz ki, Rusiyanı narahat etməyə bilməzdi”, deyən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa gizli məlumatlarını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.
Milli təhlükəsizlik naziri Eldar Mahmodov işdən çıxarıldıqdan iki gün sonra isə qudası - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb.
Prezident oktyabrın 20-də MTN-lə bağlı növbəti sərəncam imzalayıb. Sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.