AMEA LƏĞV edildi ...
Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. "AzerTaym.az" qafqazinfo-ya istinadən həmin qurumlarının siyahısını təqdim edir: 1. Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələri: 1.1. Fizika İnstitutu; 1.2. Riyaziyyat və Mexanika İnstitutu; 1.3. İdarəetmə Sistemləri İnstitutu; 1.4. Radiasiya Problemləri İnstitutu; 1.5. İnformasiya Texnologiyaları İnstitutu; 1.6. Biofizika İnstitutu 1.7. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası; 1.8. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu; 1.9. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu; 1.10. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu; 1.11. Polimer Materialları İnstitutu; 1.12. Geologiya və Geofizika İnstitutu; 1.13. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu; 1.14. Təbiət Tarixi Muzeyi; 1.15. Neft və Qaz İnstitutu; 1.16. Botanika İnstitutu; 1.17. Zoologiya İnstitutu; 1.18. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu; 1.19. Mikrobiologiya İnstitutu; 1.20. Dendrologiya İnstitutu; 1.21. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu; 1.22. Genetik Ehtiyatlar İnstitutu; 1.23. Torpaqşünaslıq və Aqrokimya İnstitutu; 1.24. İqtisadiyyat İnstitutu. 2. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr: 2.1. Təbii Ehtiyatlar İnstitutu; 2.2. Bioresurslar İnstitutu; 2.3. Batabat Astrofizika Rəsədxanası. 3. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr: 3.1. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu; 3.2. Bioresurslar İnstitutu; 3.3. Aqrar Problemlər İnstitutu; 3.4. Nəbatat Bağı. 4. Azərbaycan Milli Elmlər Akademiyasının təsərrüfat-hesablı elmi xidmət müəssisələri: 4.1. Təcrübə-Sənaye Zavodu; 4.2. “Kibernetika” Elmi İstehsalat Birliyi; 4.3. “Nafta” Elmi İstehsalat Birliyi; 4.4. “Aşqar” Elmi İstehsalat Birliyi; 4.5. “Kompozit” Elmi İstehsalat Birliyi. 5. Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti.