RUSİYA BORC BATAQLIĞINDA – Milyardlar geri qaytarılmalıdır
“Rusiya özünün artan borcunu ödəyə biləcəkmi?” Bu il Rusiya şirkətləri borclu olduqları xarici kreditorların 3 milyard dollar pulunu qaytarmaqda yəqin ki, ciddi çətinlik çəkməyəcəklər. Lakin gələn il üçün borcun ümumi həcmi dörd dəfə artaraq 11 milyard dollar təşkil edəcək. Bu göstərici 2017-ci ildə 27 milyard dollar, 2018-ci ildə isə 34 miyard dollar olacaq. Əgər neftin qiymətinin 50 dolları keçməyəcəyini və 60 rublun bir dollara bərabər olmasını nəzərə alsaq, onda korporativ Rusiya hansı kredit riskləri ilə qarşılaşa bilər? (Forbes) Barclays Capital”-ın ekspertləri hesab edirlər ki, Rusiya banklarının və şirkətlərinin borclarının ümumi həcmi təxminən 270 milyard dollardır. Bu borcların 37%-i irəlidəki üç ildə ödənməlidir. Yaxşı xəbər isə bu bankların dollar ehtiyatlarının olmasından ibarətdir. Amma indiki hesabların yenidən maliyyələşdirilməsi gələcəkdə çox təhlükəli olacaq. Çünki hal-hazırda bəzi şirkətlərə qısa müddətli perspektiv üçün müəyyən maliyyə yardımları lazımdır. Hesablamalara əsəsən, gələn il üçün Rusiya şirkətlərinin əksəriyyəti öz borclarını qaytara biləcəklər. Məlumdur ki, bu il Rusiya iqtisadiyyatı resessiyaya qərq olub və ona görə də hökumət federal büdcəyə dəyişikliklər aparmaq məcburiyyətində qalıb. Hökumət neftin bir bareli hələ 60 dollara düşdükdə büdcə siyasətinə yenidən baxmağa başlamışdı. Gələn il üçün Rusiya hökuməti büdcəyə neftin qiymətinin 50 dollar hesablanması şərtinə dayanaraq yanaşacaq. ABŞ-ın “Brandes İnvestment Partners” şirkətinin fond meneceri Xerardo Samorano məsələ ilə əlaqədar deyib: ”Rusiyanın problemi onun iqtisadiyyatının indiyədək güclü surətdə neft və qazdan asılı olmasındadır. Mən nəyinsə yaxın zamanlarda dəyişəcəyinə inanmıram. Rublun məzənnəsi neftin qiyməti ilə çox sıx bağlıdır və ona görə də, əgər siz bank və ya supermarket alırsınızsa, onda siz neftə bağlı olan rubla məxsus risklərlə qarşılaşırsınız”. Bütün bunların hamısı istiqrazçı sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. İstiqrazların məzənnəsi aşağı olan zaman onlar qiymətlərin qalxmasını gözləyirlər. Əgər valyuta lazımı istiqamətdə hərəkət edərsə, onda əlverişli vaxtda satıb gəlir götürülməsi prosesi valyutaya da aiddir. Bu gün rubl sabitdir və dollara nisbətdə tədricən möhkəmlənir. Belə olan halda isə ilk növbədə avro ilə borcu olan şirkətlər özlərini daha rahat hiss edirlər. - Korporativ Rusiyanın gücü və pulu var Rusiyanın borcunun 60%-i şirkətlərin payına düşür. ”Barclays” agentliyinin tərtib etdiyi məruzədə deyilir ki, Rusiyanın borclu şirkətlərinin nağd pul balansı, hələki normal səviyyədədir. Şirkətlərin əksəriyyəti öz qısa müddətli borclarını qapamaq üçün kifayət qədər vasitəyə malikdirlər, yalnız bəzilərində pul çatışmır. Öz qısamüddətli borclarını qapaya bilməyən sirkətlərin adları artıq məlumdur. Onların arasında “Rosneft” və “TMK” (metalurgiya kombinatı) da yer alır. Çox böyük ehtimalla, “Rosneft” dövlətdən əksəriyyəti rubl şəklində olmaq şərtiylə yardım ala biləcək. Son məlumatlara görə isə “TMK” ödəmə vaxtı yaxınlaşan borcunu yenidən maliyyələşdirməyə davam edir. Ümumiyyətlə isə “RJD” (Rusiya Dəmir Yolları) – 1,5 milyard dollar, ”Sovkomflot” – 800 milyon dollar, ”Evraz” şirkətinin (2017-2018-ci illərin borcununda qapanması üçün) 2,3 milyard dollara ehtiyacları var. 2012-ci ildə Rusiyanın xarici borcunun ümumi həcmi 636 milyard dollar təşkil edirdi. Bu borc demək olar ki, tədricən Rusiya valyuta ehtiyatı hesabına ödənilmişdi. Rusiya Mərkəzi Bankının məlumatına əsasən, 2015-ci ildə Rusiyanın xarici borcunun ümumi həcmi 512 milyard dollardır. Lakin hazırda valyuta ehtiyatlarının həcmi əsaslı şəkildə azalıb (30 senyabr tarixinə görə 371,2 milyard dollardır). ”Barklays”-ın hesablamasına görə, bu borcun beşdə bir hissəsi rublla, qalan hissəsi isə xarici valyutayladır. Rusiya Mərkəzi Bankının hesablamasına əsasən 2018-ci ilədək Rusiyanın xarici borcunun həcmi 448 milyard dollara qədər azalacaq, valyuta ehtiyatı isə təxminən 446 miyard dollara qədər yüksələcək. Bütün bunların hamısı ümumi vəziyyətinin gözlənilən proqnoza uyğun şəkildə inkişaf edəcəyi təqdirdə baş verə bilər. Bu cür fikirlər, yaxın üç il ərzində neftin qiymətinin 75 dollara qədər yüksələcəyi proqnozuna dayanaraq səsləndirilir. Rusiyanın bəzi iri borclularının xarici valyuta ilə qaytaracaqları kreditlərin vaxtı artıq gələn il çıxır. “VTB” bankı fevral ayında 193 milyon avro, dekabr ayında isə 600 milyon İsveçrə frankı borc ödəməlidir. ”Qazprom” şirkəti isə may ayında bir milyard avro, noyabr ayında isə daha 500 milyon avro ödəməlidir. ”Rosneft” borclarınıın yalnız 58 %-ni ödəmək imkanı var və onun ödəməli olacağı bir milyard avro məbləgin vaxtı isə iyul ayında çatır.(Azərtaym,az)
Əksər şirkətlərə Avropa banklarından kredit götürmək qadağan olunub. Hansı səbəbdənsə bu məsələdə “Qazprom” şirkəti istisna təşkil edib və öz istiqrazlarını yerləşdirmək üçün oktyabr ayında bir milyard avro alıb. Amma hər halda bu borc möhtəkirlik səviyyəsində olan məsələdir. ”Fitch”–dən başqa dünyanın bütün reytinq ağentlikləri bildirirlər ki, ”Qazprom”un istiqraz vərəqələri zibil statusu səviyyəsindədir. Elə bu fikri Rusiya Federasiyası haqda da söyləmək olar.