Flora Kərimova Sevinc Heydərovanı niyə məhkəməyə verib? (AÇIQLAMA)

Xalq artisti Flora Kərimova plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovanı məhkəməyə verməsinin səbəbini açıqlayıb. 
Xalq artisti bu məsələdə sona kimi gedəcəyini bildirib:
"Mənim gözlərimi görsəniz bilərsiniz ki, bu məsələdə haqsız deyiləm. Əməliyyatı səhv edib. Onun bacarığı yoxdur. Əvvəl ixtisası başqa idi, sonra estetik cərrah oldu. Onun diplomuna baxmaq lazımdır ki, hansı fakültəni bitirib?" - deyə Flora Kərimova qeyd edib.
Xalq artisti Sevinc Heydərovaya qarşı qaldırdığı məhkəmə iddiasının tələblərinin nədən ibarət olmasını yalnız ekspertizanın rəylərindən sonra açıqlayacağını vurğulayıb:
"Çünki onun səhvlərinə ekspertiza baxmalıdır, sonra təzminatla bağlı, yaxud prosesin nəticəsi ilə bağlı qərar verəcəm”. 
Məsələ ilə bağlı Sevinc Heydərova ilə də əlaqə saxlamağa çalışdıq. Köməkçisi həkimin əməliyyatda olduğunu, "lazım bilinsə" bu barədə açıqlama verəcəyini bildirdi. *Qaynarinfo






Fikirlər