Prezident Arzu Rəhimovu işdən çıxardı ...
Prezident İlham Əliyev general-polkovnik Arzu Rəhimovla bağlı Sərəncam imzalayıb. "AzerTaym.az" bildirir ki, Sərəncamla Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. Qeyd edək ki, 59 yaşlı A.Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edirdi.