Nura Suridən Sinan Oğana evlənmə təklifi - FOTO
Tanınmış müğənni Nura Suri Türkiyədə prezidentliyinə namizəd olan Sinan Oğana evlənmə təklif edib. Musavat.com bildirir ki, müğənni bu barədə sosial şəbəkədə status paylaşıb. “Sinan çox yaraşıqlıdır. Evlən mənimlə” - deyə, müğənni qeyd edib. Xatırladaq ki, Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçı, keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. O, Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədidir. Onu da qeyd edək ki, Sinan Oğan prezident seçkilərinin I turunda iştirak etsə də, 28 mayda keçiriləcək II tura adlaya bilməyib. Buna baxmayaraq, nəticələrin müəyyən olunmasında əsas söz sahiblərindən birinə çevrilib.