SON DƏQİQƏ! Mühüm qərar AÇIQLANDI - Sinan Oğan "ƏRDOĞAN" dedi

“Ata” İttifaqından prezidentliyə namizəd olan Sinan Oğan mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqı"ndan prezidentliyə namizəd olan Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

"AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, o bu gün keçirdiyi brifinqdə həm "Cümhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həm də “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü vurğulayıb və hər iki namizədlə görüşün dövlət xadiminə yaraşan tərzdə keçdiyini qeyd edib.

"Bu danışıqların nəticəsi olaraq bəyan edirəm ki, biz "Cümhur İttifaqı"nın namizədini dəstəkləyəcəyik. Bizə səs verənləri Ərdoğanı dəstəkləməyə dəvət edirəm" - Sinan Oğan qərarını açıqlayıb.

O deyib ki, "Millət İttifaqı" gələcəyə ümid vəd etmir:

"Biz heç kimlə bazarlıq etməmişik. Atatürkçü və millətçi prinsiplər bizə bələdçi oldu. Siyasətimizin əsasını Türkiyənin yaşaması təşkil edir".

Ətraflı VİDEODA:

 

 

 

 






Fikirlər