“Evlənənlər də o dəqiqə ayrılmır, bu, vaxt alır” - Balayev kino ittifaqların birləşməsindən danışdı

“Evlənənlər də o dəqiqə ayrılmır, bu, vaxt alır” - Balayev kino ittifaqların birləşməsindən danışdı

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşir. Bu haqda ittifaq bəyənat yayıb. Xalq artisti Rasim Balayev Moderator.az-a bu haqda özəl açıqlama verib.
 
“O boyda Rusiyada cəmi bir kino ittifaqı var. Burada da bir dənə olmalı idi. Azərbaycan kinosunun bu kritik vəziyyətində iki kinoittifaq var idi. Bütün ittifaqlardan bir dənə idi, amma kino ittifaqından iki dənə. Hər iki ittifaq olaraq düşündük ki, iki ittifaqın olması məqsədəuyğun deyil. Hər iki ittifaqın idarə heyəti nazirliyin iştirakı ilə yığıncaq təşkil edib fikirlərimizi bildirdik və belə qərara gəldik ki, ittifaqlar birləşsin. Məqsədimiz birdir, ayrı-ayrı fəaliyyət göstərməyin nə mənası var? Müəyyən səbəblər olmuşdu deyə ayrılıqda fəaliyyət göstərirdik, parçalanmışdıq. Həmişə deyirdim ki, bir ittifaq olmalıdır. Hələ ki, sənədləşmə, təhvil-təslim olacaq. Bir müddət bu proses çəkəcək. Ayrılma müddəti də qəfildən olmur ki. Evlənənlərin ayrılması da uzun çəkir (gülür). İndi seçki olacaq, olmayacaq onu dəqiq deyə bilmərəm. Amma tam qərara alınıb ki, ittifaqlar birləşməlidir. Kinomuzla bağlı arzularımız böyükdür. İnşallah deyək”, - deyə sənətkar bildirib.
 
 
Xalq artisti bildirib ki, filmdə çəkilmək hər zaman ən böyük arzusu olaraq qalır.
 
“Senarini bəyənməmişəmsə o filmdə çəkilməmişəm. Yoxsa ki, aktyor tanıyıram ki, bu rol onluq deyil, götürüb oynayıb. Mən bilirəm ki, bu rol mənimdir ya yox. Mənim üçün maddiyat ən axırıncı sırada olub. Düşünürəm ki, əgər mənə uyğun rol olsa, seçim edib oynayaram. Heç vaxt rol arxasınca gözüm qalmayıb. Heç vaxt deməmişəm ki, ay Allah, kaş bunu mənə verəydilər. Nə qədər ki, canım sağdır, çəkilmək istəyirəm”, - deyə sənətkar bildirib.






Fikirlər