"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan təmsilçisnin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Qonaqlarda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.
Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "köhlən atlar" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.
Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
31 avqust
20.00 Qarabağ (Azərbaycan) - Olimpiya (Sloveniya) 1:1
Qolllar: Toral Bayramov, 24 - Dioqo Pinto, 34.
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Olimpiya: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 6. Mateo Karamatiç, 14. Marsel Ratnik, 43. Alyaj Krefl, 10. Timi Elşnik, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro.
Baş məşqçi: Joao Enrike.
Baş hakim: Alexandro Ernandes (İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:0.