HƏMAS-ın daha bir “əl işi”: Bütöv kənddə heç kim sağ buraxılmayıb...

İsrailin cənubunda yerləşən Kfar-Azah yaşayış məntəqəsindən 200 sakinin cəsədi tapılıb. İ124 kanalının yaydığı məlumata əsasən İsrail ordusu tərəfindən HƏMAS yaraqlılarından azad edilən kəndə jurnalistləri buraxıblar.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitləri evlərdən çıxarmağa davam edir, ona görə də qurbanların sayı arta bilər. Mənbənin məlumatına görə, ölənlər arasında körpələr də daxil olmaqla 40-a yaxın uşaq var. HƏMAS yaraqlılarının icmaya hücumu zamanı bir çox sakinlərin evlərini tərk etməyə vaxtı olmayıb.

Yollarda olan bütün avtomobillərin yandığı, bəzi evlərin də yanğından zərər çəkdiyi bildirilir. Jurnalistlərin sözlərinə görə, minalanmış ola biləcək HƏMAS maşınları da kənddə qalıb. Musavat.com






Fikirlər