HƏMAS hökuməti buraxdı – Qəzza sektorunda DƏYİŞİKLİK
HƏMAS Hərəkatı Fələstinin parçalanmasına son qoyulması üçün Qəzza sektorunda qurduğu hökuməti – İdarə Komitəsini buraxdığını elan edib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS-nın bununla bağlı bu gün yaydığı yazılı açıqlamada qeyd edilib ki, HƏMAS Fələstin hökumətinin Qəzza sektorunda səlahiyyətlərini yerinə yetirməyə başlamasına, parlament seçkilərinin keçirilməsinə və FƏTH Hərəkatı ilə dialoqa hazırdır. HƏMAS 2011-ci il Qahirə anlaşmasının yerinə yetirilməsinə və anlaşmanı imzalayan bütün fələstinli qrupların yer alacağı bir milli birlik hökumətinin qurulmasına çağırıb. Razılaşma Misirin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra əldə olunub. Qeyd edək ki, HƏMAS 2007-ci ilin iyulunda Qəzza sektorunu zəbt edib. Nəticədə Fələstin muxtariyyəti HƏMAS-ın nəzarətində olan Qəzza sektoruna və Mahmud Abbas administrasiyasının nəzarətində olan Qərb sektoruna bölünüb.