MƏRKƏZİN BANKIN RƏHƏRLİYİNDƏ YENİ TƏYİNATLAR - Üç baş direktor təyin olundu + DOSYELƏR

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bunlar Rəna Ənvər Paşa qızı Məlikova, Rəşad Məsim oğlu Məmmədov və Şahin Aydın oğlu Mahmudzadədir. Beləliklə baş direktorların sayı 9-a yüksəlib.

Qeyd edək ki, R.Məlikova buna qədər AMB-nin hüquq departamentinin direktoru olub.

Rəna Ənvər Paşa qızı Məlikova 1964-cü ildə Bakı şəhərində anadan olub.

 

 

1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib.

Əmək fəaliyyətinə 1981-ci ildə başlamış və 1993-cü ilədək hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışıb.1993-cü ildən Mərkəzi Bankda aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib.

2007-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank sisteminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

2024-cü il yanvarın 07-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. 

İki övladı var.

Bundan əlavə, AMB sədrinin müşaviri olan Şahin Aydın oğlu Mahmudzadə də 1992-ci ildə Bakı şəhərində anadan olub.

 

 

 

2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələrilə bitirib, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil almışdır, həmçinin Chartered Financial Analyst (CFA) sertifikatına yiyələnib.

Əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlayıb.

2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində işləyib.

2023-cü ilin iyul ayından 2024-cü ilin yanvar ayınadək Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsində işləyib.

2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.

Ailəlidir.

 

 

Azərbaycan Mərkəzi Bankının baş direktoru təyin edilən Rəşad Məsim oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2005-ci ildə həmin Universiteti “İstehsal sistemlərinin idarə edilməsi” ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2001-ci ilin oktyabr ayından “Most-Bank Azərbaycan” BSKB-nin Maliyyə departamentində mütəxəssis vəzifəsi ilə başlayıb. 2003-2005-ci illərdə “Bank Standard” QSC-də Əməliyyat departamentinin Ödəniş vasitələri və klirinq şöbəsinin mütəxəssisi, Klirinq hesablaşmaları şöbəsinin aparıcı mütəxəssisi, Plastik kartlar üzrə əməliyyatlar şöbəsinin aparıcı mütəxəssisi vəzifələrində işləyib.

2005-ci ilin noyabr ayından fəaliyyətini “Turanbank” ASC-də Xarici iqtisadi əlaqələr, mübadilə məntəqələrinin işinin təşkili və nəzarəti şöbəsinin aparıcı mütəxəssisi kimi davam etdirmiş, 2006-2008-ci illərdə Müştəri xidmətləri departamentinin Plastik kartlar şöbəsinin rəisi, 2008-2009-cu illərdə həmin departamentin Korporativ müştərilərə xidmət şöbəsinin rəisi vəzifələrində işləyib.

2009-2010-cu illərdə “Rabitəbank” ASC-də Daxili audit bölməsinin auditoru, 2010-2014-cü illərdə bankın “Mərkəz” və “Nizami” filiallarının müdiri, 2014-2015-ci illərdə Müştəri xidməti departamentinin direktoru vəzifələrində işləyib.

2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində çalışıb.

2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində işləyib.

2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Ailəlidir, iki övladı var.

Onu da qeyd edək ki,  hazırda Mərkəzi Bankın 9 baş direktoru var:

1. Ziya Zəfər oğlu Əliyev
2. Vüqar Ramin oğlu Əhmədov
3. Əli İsmayıl oğlu Əhmədov
4. Toğrul Nəcəfəli oğlu Əliyev
5. Fərid Tofiq oğlu Osmanov
6. Gülər Azər qızı Paşayeva
7. Rəna Ənvər Paşa qızı Məlikova
8. Rəşad Məsim oğlu Məmmədov
9. Şahin Aydın oğlu Mahmudzadə

"AzPolitika.info"






Fikirlər