Fəxri kürsüdə iki azərbaycanlı… - Şəkillər

Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün keçirilən cüdo yarışlarının qalibləri mükafatlandırılıblar.

Maraqlıdır ki, 73 kq çəki dərəcəsində fəxri kürsüdə iki azərbaycanlı yer alıb. Bunlar Azərbaycan milli komandasının üzvü Hidayət Heydərov və Moldova Respublikasını təmsil edən əslən azərbaycanlı Adil Osmanov olublar. Onlar hər ikisi eyni çəkidə yarışıblar.

Xatırladaq ki, H.Heydərov final görüşündə yerli Fransa idmançısı Joan-Benjamin Gabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb. A.Osmanov isə 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Manuel Lombardonu məğlubiyyətə uğradaraq bürünc medala yiyələnib. İkinci bürüncə isə Yaponiyanı təmsil edən Soichi Hashimoto sahib olub.//QOL.az






Fikirlər