PUTİNDƏN ŞOK ADDIM: – “Türk axını” layihəsi dayandırıldı



Rusiya “Türk axını” qaz kəmərinin tikintisini dayandırıb.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. Bu addım Rusiya Federasiyasının dekabrın 1-də ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının fəaliyyətinin dayandırılması barədə qərarı ilə bağlıdır. 

Xatırladaq ki, noyabrın 24-də Rusiyanın Su-24 qırıcı təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə tərəfindən vurulub. Rusiya tərəfi Türkiyəni üzr istəməyə və təzminat ödəməyə çağırsa da, Türkiyə bu məsələdə haqlı olduğunu və sərhədi keçdiyi üçün Rusiyanın üzr istəməli olduğunu bildirib. Bu isə iki dövlət arasında gərginliyin yaranmasına səbəb olub.






Fikirlər