Meydan TV-nin əməkdaşlarına cinayət işi açıldı...
Bakı Şəhəri Baş Polis İdarəsi tərəfindın saxlanılan jurnalist Ramin Cəbrayılzadə (Deko), “Meydan TV”nin əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı “qaçaqmalçılıq” cinayətində şübhəli bilinərək 6 dekabr tarixində saxlanılıblar. AzerTaym.az gununsesi.info-ya istinadən bildirir ki, bu haqda onların vəkilləri məlumat verib. Bildirilib ki, jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə açılan cinayət işi çərçivəsində saxlanılıblar, onlara qarşı ittiham irəli sürülüb. Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb. Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.