10 İLDƏ AZƏRBAYCANDAN 95 MİLYARD DOLLAR ÇIXARILIB – Siyahı
ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qeyri – qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb. ANS-in məlumatına görə, bu siyahıda Azərbaycan 17 –ci sırada dayanır. Azərbaycandan çıxarılan məbləğ illər üzrə belə sıralanıb: 2004-cü il. 1 milyard 147 milyon Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri –leqal yollarla pul çıxarılıb. Siyahıda 148 ölkənin adı var. Rəqəmlərdən aydın olur ki, Azərbaycan da daxil olmaqla dünyanın əksər dövlətləri qanunsuz fəaliyyətlərin qarşısını ala bilmir.
2005-ci il. 2 milyard 944 milyon
2006.-ci il. 5 milyard 634 milyon
2007-ci il. 20 milyard 816 milyon
2008-ci il. 7 milyard 061 milyon
2009-ci il. 8 milyard 410 milyon
2010-cu il. 7 milyard 860 milyon
2011-ci il. 7 milyard 576 milyon
2012-ci il. 12 milyard 815 milyon
2013-cü il. 14 milyard 736 milyon
İlk sıralarda isə Çin 139,228 milyard dollarla Rusiya isə 104,977 milyard dollarla başçılıq edir.
2004-2013-ci illər arasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ölkələr bu illər ərzində 7.8 trilyon dollar pul itirib. Təkcə 2013-cü ildə inkişaf etmiş və inkişafda olan ölkələrdən 1,1 trilyon dollar qanunsuz yollarla pul çıxarılıb. Qanunsuz sərmayə çıxışları vergidən yayınma, cinayət, korrupsiya və digər qanunsuz fəaliyyət növləri ilə bağlıdır.
Dövlətlərin qanunsuz pul çıxarılmasının illər üzə artım səviyyəsi
Qanunsuz çıxarılan pullar ölkələrin iqtisadiyyatına və Ümum Daxili Məhsulun (ÜDM) həcminə kəskin təsir edir. Qanunsuz maliyyə axını ən çox İnkişaf Etməkdə Olan Ölkələrdə (İEOÖ) həyata keçirilir.
Ölkələrin reytinq cədvəli