Siqaretin qiyməti 3 DƏFƏ BAHALAŞDI

Gürcüstanda "Philip Morris" firmasının istehsalı olan siqaretlərin qiyməti 2-3 dəfə artırılıb.

 Azərtaym.az xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, Tblisidə həmin firmanın istehsalı olan siqaretlərin qıtlığı yaranıb. Onları əldə etmək demək olar ki, mümkün deyil.

"Parlament" siqaretinin qiyməti 2 dollardan 4,2 dollara, "Marlboro" 1,3 dollardan 3,3 dollara, "Checterfild" 0,9 dollardan 2 dollara, "LM" təxminən bir dollardan 1,7 dollaradək bahalaşıb.

Gücürstanın Maliyyə Nazirliyi bildirib ki, siqaretlərin bəzi növlərinin qiymətinin qalxması aksiz dərəcəsinin dəyişməsi ilə əlaqədar deyil.

Qeyd edək ki, 2015-ci il dekabrın 11-də Gürcüstan parlamenti "Vergi məcəlləsi"ndə dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən filtrli siqaretlər üçün yeni aksiz dərəcələri müəyyən edilib. Həmin dərəcəyə uyğun olaraq, ölkədə filtrli siqaretlərin qiyməti qalxıb. Hökumətin planına əsasən, tütün məmulatlarının qiyməti yaxın 8 ildə hər il qalxacaq. 






Fikirlər