FÜSULİdə hƏBSLƏR — İCRA başçısının NÜMAYƏNDƏsi də saxlanıldı
Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"AzerTaym.az"-ın APA-ya istinadən məlumatına görə, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb. Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Salmanov Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib.