DƏMİRYOL VAĞZALI belə olacaq - FOTOLAR
"AzerTaym.az" Day.Az-a istinadən bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, əsaslı təmir çərçivəsində stansiyada yeni platformalar yaradılıb, dəmir yolları Avropa standartlarına uyğun təmir olunub. Qatarlardan düşən sərnişinlərin "28 May" metrosu və əks istiqamətdə hərəkət etmələri üçün iki tunel tikilir. Dəmiryol vağzalının yeni layihəsinin müəllifi "Archico" şirkətidir.
Bakıdakı dəmiryol vağzalının əsaslı təmirinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.