ALİ ALİYEV hesabat verdi - FOTOLAR

“Alı Alıyev hesabat verdi - FotolarHoradiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.

 AzerTaym.az -a daxil olan məlumata görə, iclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradova, Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış edib, 2015-ci ilin Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulayıb.

Alı Alıyev rayonun 2015-ci il üçün iqtisadi göstəriciləri barədə geniş məlumat verib. 

Qaldırılan rəy və təkliflərin ümumiləşdirilərək həlli üçün aidiyyəti orqanlara müraciət olunması qərara alınıb. 

Sonra hesabat yığıncağının Qərarı oxunub, yığıncaq iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunub.

Alı Alıyev hesabat verdi - Fotolar
Alı Alıyev hesabat verdi - Fotolar






Fikirlər