Ərdoğan Gəncəyə GƏLƏSİ OLMADI

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçiriləcəyi yer dəyişdirilib.
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Gəncədə keçirilməli olan görüş Bakıda olacaq.
Dəyişikliyə Gəncədəki güclü duman səbəb olub.
"Əvvəlcədən xəbər verildiyi kimi, iclasda iştirak etmək üçün fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək", - səfirlikdən bildirilib.
Xatırladaq ki, qatı duman üzündən bu gün səhər Türkiyə xarici işlər naziri Movlud Çavuşoğlu Gürcüstana gedə bilməyib.

AzerTaym.az






Fikirlər