Bakıda yol polisi qadın sürücünü belə döydü – BİABIRÇI VİDEO -yenilənib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Qadın sürücü kobud şəkildə yol hərəkəti qaydasını pozub. Üstəlik maşının qabaq sağ tərəfi əzik olub. Sürücü yol polisinin saxla-dur əmrinə əhəmiyyət verməyib. Yanında kişi sərnişin olub. Guya həyat yoldaşı olub. Yol polisləri nəhayət tədbir görüb maşını saxlayıblar. Qadın qapıları bağlayıb və maşından düşmək istəməyib. Sürücünün sənədi olmayıb. Polisə müqavimət göstərib və onun üzünü yaralayıb. Hazırda xəsarət alan yol polisi xəstəxanadadır. Buna baxmayaraq yol polisi əmrə tabe ola bilməyən sürücünü saxlaya bilib. Hadisə ilə bağlı məhkəmə də keçirilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də yanındakı sərnişin 200 manat cərimələnib. ***Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə sürücü arasında gərgin anlar yaşanıb. Hadisəni əks etdirən video saytımıza dünən daxil olub. Avtosfer.az xəbər verir ki, görüntüləri hadisə şahidlərindən biri qeydə alıb. Polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin sürücüsü – qadın onu inadla avtomobilindən kənarlaşdırmağa cəhd edib. Videodan 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis sürücü qadına qarşı kobudluq edərək onu yerə yıxır. Daha sonra öz avtomobilinə pəncərədən minən qadının ardınca polis də pəncərədən maşına daxil olur. Baxmayaraq ki, onların daxil olduğu qabaq oturacaqda sərnişin də əyləşib.Qəribəsi budur ki, çox acınacaqlı olan bu mənzərədə təqsirkar təkcə sürücü və ya ona qarşı kobudluq edən polis əməkdaşı deyil, hamıdır. Sürücü qadın təcrübəsizlikdən, cərimə məbləğindən ehtiyat etdiyindən belə edə bilər. Polis əməkdaşı isə əsəbi ola bilər. Lakin onun inspektorun ekipaj yoldaşlarının, qadın sürücünün avtomobilində əyləşmiş kişinin və yolda gülərək olayı seyr edənlərin müdaxilə etməməsi, onları sakitləşdirməməsi təəssüf doğuran mənzərə yaradır.Qeyd edək ki, şahidlər hadisənin Xətai rayonu, Süleyman Vəzirov küçəsində baş verdiyini bildiriblər. AzerTaym.az
Xanım sürücü Azərbaycan xanımına yaraşmayan hərəkət edib. Pos Patrul Xidməti gələnə qədər xanım sürücü müqavimət göstərib. Yol polisinin sifətini yaralayıb.