"Avtoş"luq edən polis YPX əməkdaşını ölümcül yaraladı - Bakıda

"Avtoş"luq edən polis YPX əməkdaşını ölümcül yaraladı - BakıdaBakıda yol polisi əməkdaşı xidmət apararkən faciə ilə üzləşib.

AzNews.az xəbər verir ki, 99 YP 455 nömrəli avtomobildə xidmət aparan Samir Dənziyev adlı yol polisi polisdən qaçan "Mercedes" markalı avtomobil tərəfindən vurulub.
Ağır yaralanan yol polisi təcili olaraq Musa Nağıyev adına Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

AzNews.az hadisənin təfərrüatını da öyrənə bilib. Məlum olub ki, polisi vuran sürücü 99 YP 446 nömrəli avtomobildə xidmət aparan polislərin "saxla" əmrinə tabe olmayib. Buna görə də polislər onu Heydər Əliyev prospekti ilə təqib etməyə başlayıb. Köməyə gələn 99 YP 455 yol polisi avtomobili Bakıxanov qəsəbəsi (“Akkord”un binalarının yaxınlığı) ərazisində tabesizlik göstərən və avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlamaq istəyib. Bunuçün S.Dənziyev avtomobildən düşərək sürətlə hərəkət edən "Mercedes"in qarşısına keçib və bu zaman hadisə baş verib.

Təqib olunan sürücü saxlanılandan sonra məlum olub ki, o da polis əməkdaşıdır və ölkədə fəaliyyət göstərən diplomatik korpusların birində xidmət aparır.






Fikirlər