Əflatun Amaşov Elmar Hüseynovun qəbrini ziyarət etdi
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev 2005-ci ildə qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qəbrini ziyarət ediblər
Ə. Amaşov bu barədə özünün facebook səhifəsində məlumat verib:
"Bu gün "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 11 il ötür. Bütün qətllər ağırdır. Ancaq jurnalist qətli toplum üçün daha ağrılıdır. 11 il öncə ağrı və acını yaşadıq, sarsıldıq. Allah ölkəmizə sarsıntılar, ağrı və acılar göstərməsin".