ARİF ALIŞANOVUN Məmməd İsmayıldan qisasının — MÜDHİŞ SİRRİ
Bir neçə gün öncə görkəmli şair, 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmış Məmməd İsmayılın qızı İntizar İsmayıl İTV-dəki vəzifəsindən azad olunub. İntizar İsmayıl demişdi ki, işdən çıxarılmasına səbəb atasının Moderator.az-a AzTV-nin rəhbəri Arif Alışanov haqqında verdiyi açıqlama olub. Məhz bu açıqlamadan-Məmməd İsmayılın "mühasibdən televiziya rəhbəri olmaz" fikrindən sonra İntizar İsmayılla bağlanan müqaviləyə xitam verilib. AzerTaym.az xəbər verir ki, moderator.az Məmməd İsmayılın qızının işdən çıxarılması ilə başqa maraqlı məlumatlar da əldə edib. Məmməd İsmayıl Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri olanda Arif Alışanov və onun çevrəsindəki bir çox məsul şəxslə bağlı Bakı şəhər Prokurorluğuna rəsmi qaydada müraciət edib. Maliyyə fırıldaqlarından şübhələnən rəhbərliyin haqlı olduğunu prokurorluq da təsdiqləyib. Onların ciddi maliyyə maxinasiyalarını ortaya çıxarıb. Amma Arif Alışanov və çevrəsinin bəxti onda gətirib ki, Cəbhə hakimiyyəti devrilib. Türməyə yollanmaq ərəfəsində olan Arif Alışanovun isə əl-qolu açılıb, o nəinki məhbus həyatı yaşayıb, hətta teleşirkətin sədri kreoslosuna qədər yüksələ bilib. Beləliklə də Arif Alışanovun qisas əməliyyatı başlayıb. Əvvəlcə Məmməd İsmayılın televiziyanın və radionun Qızıl Fonunda saxlanılan səs yazıları silinib. Amma bununla da ürəkləri soyumayıb. Məmməd İsmayılın tənqidi fikirlərini bəhanə gətirərək qızını İTV-dəki vəzifəsindən çıxarıblar. Qeyd edək ki, indiyədək Arif Alışanovun İTV-nin kadr və maliyyə məsələlərini də idarə etməsi haqqında dəfələrlə yazılıb. İntizar İsmayılın işdən çıxarılması bu məlumatların təsdiqi sayıla bilər. Maraqlıdır ki, Qulu Məhərrəmlinin Arif Alışanovu ciddi tənqid etməsindən sonra ona həsr olunmuş 2 saat 44 dəqiqəlik “ifşa” videosunda AzTV-nin əməkdaşları ilə yanaşı, İTV-nin çox sayda əməkdaşı da çıxış edib.