NOVRUZ bayramı münasibətilə MİLLİ Parkda atəşfəşanlıq olacaq

 Novruz bayramı münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq

Novruz bayramı münasibətilə martın 19-da Milli Parkda dövlət səviyyəsində bayram tədbirinin və ümumxalq gəzintisinin təşkil olunması münasibətilə və bu tədbirlərin yüksək səviyyədə qeyd edilməsi məqsədilə saat 22.00-da möhtəşəm atəşfəşanlıq olacaq. 

 
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
İcra Hakimiyyəti bir daha bildirir ki, "İlaxır çərşənbə" günü – martın 15-də saat 19.00-da Heydər Əliyev Sarayının arxasında Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında bayram karvanı ilə Atəşgahdan gətirilmiş odla tonqal alovlandırılacaq, konsert və atəşfəşanlıq olacaq.
AzerTaym.az

 






Fikirlər