Azərbaycanlı REKTORA qarşı yeni oyunlar... AYGÜN Attardan kimlər narahatdır?
“Aygün xanım bu gün Türkiyə və Azərbaycan arasında olan dostluq, sevgi və qardaşlıq körpülərindən biridir. Həm Türkiyə və həm də Azərbaycan üçün vacib olan erməni “soyqırım”ı məsələsində çox ciddi araşdırmalar aparmış, çoxsaylı elmi işlərin və kitabların müəllifidir. Mən əminəm ki, Aygün Attara yönəlik hər hansı haqsız münasibətə qarşı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ədalətli addım ataçaq və Aygün xanımın rektorluğunu yenidən təsdiqləyəcək. Bu Aygün Attarın haqqıdır, çünki bu seçimdə ən çox səs alan da məhz Aygün Attardır. Türkiyə Cumhuriyyətinin hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana olan sevgisi elə bu işdə də öz əksini tapacaq”.Bu günlərdə Türkiyə universitetlərindən bəzilərinə rektor təyinatı baş tutacaq. Türkiyə prezidentinin imzasıyla rektorlar müəyyən olunacaq.
Bu rektorlar arasında Giresun Universitetinin azərbaycanlı rektoru professor Aygün Attarın da adı var. Lakin, son zamanlar Aygün Attara qarşı aramsız hücumlar var. Türkiyədə ali məktəblərin rektor seçmini təşkil edən Yüksek Ögretim Kurulu (YÖK) ən çox səs toplamasına baxmayaraq bəzi qüvvələrin israrı ilə Aygün Attarın adının siyahıdan çıxarmağı planlaşdırır.Türkiyədəki mənbəmizdən İnterpress.az-a daxil olan məlumata görə, bu dəfəki seçkilərdə Aygün Attarın təkcə Türkiyədə deyil, dünyada qazandığı uğuruna sevinməyənlər, məyus olanlar daha cəld tərpəniblər. Belə ki, qaydaya əsasən universitetin rektorluğu uğrunda 3 namizəd mübarizə aparır. Lakin verilən məlumata görə, bu dəfə Azərbaycanı sevməyən qüvvələr Aygün Attarın Türkiyədəki nüfuzundan narahat olanlar, onun seçilməsinə mane olmağa çalışır. Bu gün namizədlərin siyahısı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilməliydi. Amma nədənsə bu təqdimetmə təxirə salınıb. Hətta YÖK-dan sızdırılan məlumata görə Aygün Attara Giresun bölgəsindən deputat seçilən Nurettin Caniklinin mane olduğu deyilir. Mənbənin verdiyi məlumata görə, Nurettin Caniklinin istəmədiyi şəxs hətta namizədlər siyahısına belə düşə bilməz. Səbəbi bəlli olmasa da N.Canaiklinin Aygün Attara qarşı qısqanclığı çox aydın şəkildə sezilir.
Onu da qeyd edək ki, Türkiyənin Giresun şəhərində bölgə mediasında Aygün Attara qarşı silsilə qaralama kampaniyası başladılıb və mütəmadi olaraq haqqında yalan-yanlış xəbərlər dərc edilir. Bu qara təbliğatın başında da məhz Nurəddin Caniklinin durduğu iddia edilir.
Giresun Universitetində baş verənləri Türkiyə təhsilinin inkişafına vurulan zərbə olduğunu söyləyən Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Aygün Attarı Azərbaycanın işğal altında olan torpaqlarının yetişdirməsi, gözəl alim və ziyalı adlandırdı:
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlıdan açıqlama aldıq: “Türkiyədə təxminən 3 milyona yaxın azəri türkü yaşayır. Əslində biz heç vaxt bu sayın üzərində dayanmamışıq ki, nə qədər azəri türkü var, nə qədər anadolu türkü var. Çünki bizim üçün hər ikisi doğmadır. Hamısına bir gözlə baxmışıq, hamısı türkdür. Amma bir məsələ var ki, azəri türkləri Türkiyədə diaspor məsələsi ilə ciddi şəkildə məşğul olmur. Çünki doğmalıq, eynilik hissi qoymayıb ki biz öz adamlarımızı ayıraq və ayrıca dəstək verək onlara. Bir millət kimi baxdığımızdan çox vaxt azəri türklərinin hüquqları Türkiyədə tapdanıb. Bizim düşmənlərimizin, ermənilərin Türkiyədə çox sayda qəzetləri, nəşriyyatları var, istədikləri qədər kitab buraxırlar. Türkiyənin əleyhinə, türkün əleyhinə nə istəyirlər edirlər. Rəsmi dairlər tərəfindən də ermənilərə xüsusi qayğı var, vəzifələrə çəkilirlər. Vəzifəyə çəkilən ermənilərin bəziləri açıq erməni soyadı daşısa da, bəzilərinin soyadı dəyişdirilib. Ermənilər Türkiyənin əleyhinə nə qədər açıq aşkar mübarizə aparsalar da Türkiyədən hər zaman qayğı görürlər”.
VHP sədri qardaş ölkədə Azərbaycan türklərinə lazımi qayğının göstərilməməsinin səbəbini belə izah etdi: “Biz heç vaxt özümüzü Türkiyədə yad hiss etməmişik. Amma çox təəssüf ki, Türkiyədə bəzən haqsızlıqla üzləşirik. Türkiyədə xeyli azərbaycanlı ziyalılar fəaliyyət göstərir. Ziyalılarımız da Türkiyədə yuxarı səviyyədə təmsil olunmur”.
Professor Aygün Attar haqqında danışan S.Rüstəmxanlı onu cavanlıqdan tanıdığını bildirdi: “O, ziyalı, işgüzar və bacarıqlı qadındır. Onun həyat yoldaşı da güneylidi. Güneylə Quzeyi öz taleyində birləşdirən bir qadındır Aygün xanım. Çox sanballı əsərlərin müəllifidr. Onun İranın etnik yapısı haqqında yazdığı kitab bütün dünyada çox məşhurdur və onlarla dilə çevrilib, dünyanın nüfuzlu ali məktəblərində bu kitab dərslik kimi tədris edilir. Aygün xanım Türkiyədə müxtəlif universitetlərdə çalışıb, beynəlxalq konfranslarda parlaq çıxışları olub. O, Giresun Universitetinin rektorudur. Bu universitetin gənc olmasına baxmayaraq, Aygün Attar onu çox yüksək səviyyəli bir təhsil ocağına çevirməyi bacardı və bu universiteti Türkiyədə birincilər sırasına çatdırdı. Bütün bunlar göz önündədir. Amma buna baxmayaraq, Türkiyədə qanı türk qanı olmayan müəyyən adamlar da var ki, azərbaycanlılara paxıllıq edir və uğuruna mane olmağa çalışır. Həm Azərbaycandan gedən, həm də Türkiyədə yetişən azəri kökənli elm adamlarımıza Türkiyədə paxıllıq edənlər var. Aygün xanıma qarşı da çox böyük qısqanclıq var. Əslində qürur duymalıdırlar ki, bu qadın Türkiyədə elmin inkişafı üçün var gücü ilə çalışır. Mən inanıram ki, Aygün xanım rektorluq seçimində də qalib gələcək. Çünki o, çox güclü qadınıdır”.
Qeyd edək ki, Aygün Attar 1962-ci ilin 16 aprelində indi erməni işğalında olan Qubadlıda dünyaya göz açıb. 1986-cı ildə Bakı Dövlət Üniversitetini bitirib. 1994-ci ildə dosent, 2003-cü ildə professor dərəcəsini qazana bilib. Professor Aygün Attar 2007-ci ildə Giresun Üniversitetinində rektor köməkçisi vəzifəsinə başlayır. O, eyni zamanda Giresun Üniversitetinin Ədəbiyyat fakültəsinin dekanı kimi fəaliyyət göstərib. 2012-ci ilin 28 maartında Türkiyənin o zamankı prezidenti Abdullah Gül tərəfindən Giresun Universitetinin rektoru təyin eilib. Aygün Attar Türkiyə dünyada yaşayan türk xalqlarının, Türkiyə geopolitakasının, türk-erməni əlaqələrinin, Orta Asiya, Rusiya, qədim türk tarixinin, Orta Şərq tarixinin araşdırmaçısıdır. Onun bu mövzularda yazdığı elmi əsərlər və çıxışları bütün dünyada çox məşhurdur. Azərbaycan, türk dilləri ilə yanaşı rus, ingilis, fars dillərini də akademik səviyyədə bilən professor eyni zamanda nümunəvi ailə başçısıdır, 3 övlad anasıdır.