Türkiyədə AZƏRBAYCANLI qadın REKTORA HÜCUMLAR - TƏCİLİ

Türkiyənin Giresun Universitetinin rektoru, azərbaycanlı Aygün Attar universitetdə rektorluq seçkiləri ərəfəsində rəqibləri tərəfindən hücumlara məruz qalır.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Aygün Attarı “seçkilərə tək namizəd olaraq girmək üçün rektora yaraşmayan işlərlə məşğul olmaqda” ittiham edirlər.

“Sabah” qəzetinin yazdığına görə Giresun Sivil İradə Platforması (GSİP) adlı təşkilat Attarın universitetin müəllimlərini və elmi işçilərini sıxışdırdığını iddia edərək onun barəsində Yüksək Təhsil Şurasına (YÖK) şikayət edib. Bildirilir ki, Aygün Attar rektor seçkilərində namizədliyini irəli sürən tək alternativ Cevdet Coşkunun professor-müəllim heyəti ilə seçkiqabağı təmaslarını əngəlləyir. Onunla görüşən müəllimləri cəzalandırır.

 

Universitetdə isə Aygün Attarın əleydarları belə şaiyə yayırlar ki, onu rektor vəzifəsinə Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsi ilə təyin ediblər. Lakin digərləri deyir ki, əgər Azərbaycan prezidenti Türkiyədə univesitet rektoru vəzifəsinə kimisə tövsiyə etsəydi bunu əyalət universitetində yox, İstanbul və ya Ankara universitetlərindən birində edərdi.

Mətbuat onu da yazır ki, Giresun Ticarət və Sənaye Odası, Ticarət Borsası da Aygün Attarı rektor vəzifəsində görmək istəmirlər. Habelə bildirilir ki, Giresun universiteti Türkiyənin ən zəif ali təhsil müəssisələrindən biridir.

Xatırladaq ki, professor Aygün Attar Türkiyədə tanınmış rektorlardan hesab olunur. 2015-ci ilin yanvarında Azərbaycan prezidentinin Türkiyəyə səfəri zamanı o, prezident Rəcəb Tayyib Ərdoğanın sarayında İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətə də dəvət olunmuşdu.






Fikirlər