HƏSDƏKİ “RABİTƏ ÇETESİ” MÜQAVİMƏT GÖSTƏRİR! – Taladıqlarını qaytarmaqdan imtina edirlər!
Dəstə üzvləri kütləvi şəkildə “xəstələnib”, bayramı müalicə müəssisəsində keçiriblər Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbər şəxsləri, əksəriyyəti general və polkovniklərdən ibarət olan yüksək rütbəli zabitlər və onların əlaltıları ilə bağlı başlanan cinayət işi ictimaiyyətin maraq dairəsində olan əsas hadisələrdən biri olaraq qalmaqdadır. Ancaq bəzi obyektiv və subyektiv səbəblərdən bu cinayət işi ilə bağlı məlumatlar xəsisliklə verilir. Onların MTN-nin ləğvinə səbəb olacaq qədər ağır cinayətlərinin bir çoxu haqda isə ictimaiyyətə, ümumiyyətlə məlumat verilmir. Və bəlkə də bunlar haqda heç vaxt rəsmi məlumat verilməyəcək… İlkin dövrlərdə MTN-dəki “general bandası”nın ağlasığmaz əməllərinə, quldurluq fəaliyyətinə, iş adamlarının, vəzifəli şəxslərin başlarına gətirdikləri müsibətlərə dair çoxsaylı məlumatlar yayılsa da, sonradan bunlar da kəsildi. Qarşısı alındımı, yoxsa başqa bir səbəbdən, söyləmək çətindir. Mümkündür ki, MTN-dəki “çete”nin qurbanı olan bir çox insan şikayətinin nəticəsi olmayacağına və ya əlavə “başağrısından” qaçmaq üçün susmağa üstünlük verdilər. MTN-də iş adamlarını, vətəndaşları incidənlərin bir çoxunun azadlıqda qalmasının, hətta yeni qurumda vəzifəyə təyin olunmasının da heç şübhəsiz bunda rolu az olmayıb… Halbuki, şantaj və hədə-qorxu ilə iş adamlarını soyanların, ümumilikdə ictimaiyyəti qorxu altında saxlayanların sayının bundan dəfələrlə çox olduğu hər kəsə məlumdur. Yəni, MTN-də baş verənlərin başında dayanan Eldar Mahmudovun həbs edilməməsinin, əsas günahkarlardan bir çoxunun azadlıqda gəzməsi, yenə də vəzifədə olmasının bu “banda”nın qurbanı olmuş çoxlu sayda insanı şikayətdən vaz keçirdiyini söyləmək mümkündür. Təsadüfi deyil ki, MTN-dəki “ banda” ölkədə demək olar, bütün iş adamlarına bu və ya digər şəkildə zərər versə də, Baş Prokurorluqda 130 epizod üzrə araşdırılan cinayət işində cəmi 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Qeyd edək ki, hadisələrin bu istiqamətdə inkişafı MTN-də deşifrə olunmuş “bandanın” və onlara bağlı “çetelərin” də özünəinamını gücləndirib, onları müqavimət göstərməyə cəsarətləndirib. Hər halda məlumatlı mənbələrdən “AzPolitika.info” ya daxil olan siqnallar bundan xəbər verir… Məlum olduğu kimi, MTN-dəki “banda”nın bir sıra nazirliklərdə, dövlət komitələrində işbirliyində olduğu “çetelər” olub. Rabitə Nazirliyində, Əmlak Komitəsində, Vergilər Nazirliyində bu bandanın fəaliyyətinə dəstək verən, onlarla birlikdə hərəkət edən şəxslərin aşkarlanması da bunu sübit edir. Bu “çetelər”in üzvlərindən bir çoxu hələ də iş başında, vəzifəsində qalsa da, həbsə alınanlar da var. Elə Rabitə Nazirliyində rəhbər şəxslərin həbsi buna əyani sübutdur. Düzdür, rəsmi olaraq onların bir çoxuna sadəcə korrupsiya və dövlət əmlakını talamaqla bağlı ittiham irəli sürülüb. Ancaq hamıya aydındır ki, Rabitə Nazirliyindəki həbslər məhz “MTN işi” ilə bağlıdır. Təbii ki, , Rabitə Nazirliyindəki dəstə üzvləri bu vəsaiti öz şəxsi büdcələrindən ödəməyiblər – dövlət vəsaitini talayıblar! Bu, Respublika Prokurorluğunun yaydığı açıqlamada da göstərilib. Sitat: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, onun tabeçiliyində olan müəssisə və şirkətlərdə büdcə vəsaitlərinin talanması üçün çoxsaylı korrupsiya sxemləri həyata keçirilib. Dövlət əmlakının sistemli şəkildə mənimsənilməsi və israf etmə yolu ilə talanması üçün rollar bölüşdürülməklə, ayrı-ayrı vəzifəli şəxslərdən ibarət korrupsiya şəbəkəsi təşkil olunub.” Məlumatı təkrarlamaq niyyətində olmasaq da, qeyd edək ki, bu korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşən layihələri saxta sənədlərlə, öz yaxın qohumlarının adına rəsmiləşdirməklə faktiki olaraq, özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinə nail olublar. Görülən xidmətlərin dəyəri dəfələrlə şişirdilib, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlər həyata keçirilib, külli miqdarda dövlət əmlakı mənimsənilib, israf edilib. Taladıqları, korrupsiya yolu ilə əldə etdikləri dövlət vəsaitinin bir hissəsini Eldar Mahmudovun “katyoluna” ödəməklə, özlərinin təhlükəsizliyini təmin ediblər. Vəsaitin qalan hissəsinə isə özləri və yaxınları üçün ölkə daxilində, xaricdə çoxlu sayda mülk, biznes obyektləri, daşınmaz və daşınar əmlak alıblar. Qeyd edək ki, bu talançı şəbəkənin başında dayanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş aparat rəhbəri Vidadi Zeynalovdan başqa, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov kimi yüksək vəzifəli şəxslər həbs olunub. Bundan əlavə bu “çete”nin üzvü olan Beytulla Hüseynovun arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, birliyin baş mühasibi Anar Mustafayev və başqaları həbsə alınıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Ancaq maraqlı məqam ondan ibarətdir ki, bu şəxslər nə özlərinə qarşı ittihamları qəbul edirlər, nə də dövlət vəsaitlərini talamaq hesabına əldə etdikləri əmlakları geri qaytarırlar. Belə ki, “Azpolitika.info” ya verilən məlumata görə, yuxarıda adlarını sadaladığımız şəbəkə üzvlərinin talançılıq, korrupsiya yolu ilə əldə etdikləri əmlakların və biznes obyektlərinin əksəriyyəti qohum-əqrəbalarının adınadır. Xüsusən də xaricdəki əmlakların demək olar ki, hamısı başqa şəxslərin adına sənədləşdirilib. İstintaq orqanları şəbəkə üzvlərinə həmin əmlakları sataraq, dövlətə vurduqları ziyanı qaytarmağı təklif etsə də, onlar kütləvi şəkildə bundan imtina edirlər. Hətta bəziləri “nə qədər iş versələr yatacağıq, ancaq heç nə qaytarmayacağıq” deyə, istintaqa açıq meydan oxuyurlar. Elə taladıqları milyonların hazırda həbsdə də onların rahat həyat sürmələrinə səbəb olduğu bildirilir. Belə ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan “çete” üzvlərinin Novruz bayramından qabaq kütləvi şəkildə “xəstələndikləri” bildirilir. Bu üzdən də bayramı birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qarşılayıblar. Bayram günlərini də elə Müalicə Müəssisəsində keçiriblər. Bu dəstə üzvlərinin “xəstəliklərinin” sağalıb-sağalmadığından xəbərdar olmasaq da, onların taladıqları dövlət vəsaiti hesabına həbsxanada da komfort həyat sürəcəklərini indidən söyləmək olar. Ortada gedən bu “çetenin” ələ keçirdiyi dövlətin 100 milyonları olacaq…AzPolitika.info AzerTaym.az
Xatırladaq ki, sözügedən cinayət işi üzrə cəmi 22 adam təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. 20 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Bir nəfərinsə başqa yerə getməmək haqqında iltizamı alınıb. Daha bir nəfər haqqında həbs-qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilib.
Qeyd edək ki, Rabitə Nazirliyindəki cinayətkar dəstə MTN-dəki “banda”nın fəaliyyəti üçün lazımı texniki dəstəyi göstərməklə yanaşı, hər ay Eldar Mahmudovun “katyoluna” da ən çox vəsait ödəməyi ilə fərqlənib. Belə ki, “AzPolitika.info” ya verilən məlumata görə, Rabitə Nazirliyinin tabeliyindəki strukturlar hər ay Mahmudovun “katyoluna” 10 milyon manat “xərac” ödəyib.
Elə nazir Əli Abbasovun istefaya göndərilməsinin əsas səbəblərindən biri də bu biabırçılığa boyun əyməsi olub.
Mənbə bunun səbəbini onların ciddi cəza almayacaqları, taladıqları milyonlar hesabına qısa müddətdə azadlığa çıxacaqlarına əmin olmaları ilə bağlayır.