Türk Ordusu bir gündə 8 kəndi aldı, mövqelərin sayı 99... - "Zeytun budağı" 35-ci GÜNÜNDƏ...

Türk Ordusu bir gündə 8 kəndi aldı, mövqelərin sayı 99… – “Zeytun budağı” 35-ci günündə…

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin qərbində yerləşən Zəhra, Aşağı Korqan və Yuxarı Korqan kəndlərini terrorçulardan təmizləyib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türk Silahlı Qüvvələri verib.

“Zeytun budağı”nın 34-cü günündə, bir gün ərzində Cinderesdə Tell Dilur kəndi, Bülbüldə Mikdad və Ali Racu kəndləri ilə Racuya bağlı olan Sarı Uşağı və Rahmanlı kəndləri terrorçulardan xilas edilib.

Əməliyyatın sonrakı etapında TSQ və ASO Afrinin qərbində yerləşən Şeyh Hadidə bağlı Zəhra, Aşağı Korqan və Yuxarı Korqan kəndlərini YPG/PKK-İŞİD-dən təmizləyib. Beləliklə “Zeytunun budağı”nın 34-cü günündə Türk Ordusu daha 8 kəndi terrorçulardan azad edib.

Məlumatda qeyd olunub ki, TSQ-yə dəstək verən ASO qüvvələri əməliyyatın ilk günündən bu yana YPG/PKK-İŞİD-in işğal etdiyi Afrinin 5 bölgəsi, 71 kəndi, 6 kənd-qəsəbəsi və 20 strateji əhəmiyyətli dağ-təpə, biri YPG/PKK-ya aid hərbi baza olmaqla 99 məntəqəni terrorçulardan təmizləyib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.






Fikirlər