Bakı Slavyan Universitetinin REKTORU tələbələrə əlçatandırmı...
Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq. Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi? Modern.az-ın “Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tətləbələrin öz rektorları barədə fikirlərinə yer verilir. Budəfəki sorğumuzu Bakı Slavyan Universitetinin tələbələri arasında keçirdik. Universitetin rektoru Filologiya elmləri doktoru Nurlana Əliyevadır. Pedoqoji fakültə, Aydan Babayeva: Filologiya və Jurnalistika fakültəsi, Sahil Hüseynov: “Şəxsən rektorla ünsiyyətdə olmamışam və heç bir problemimin həllinə də köməklik etməyib. Düzü müraciət də etməmişəm. Hansı məsələ olubsa, dekanlıqda həll etmişəm. Müraciət etsəm, yəqin ki köməklik edərdi. Hələ ki rektoru uzaqdan görürəm”. Tərcümə fakültəsi, Turqut Qurbanlı: “Rektoru son dəfə gördüyüm vaxt yadımda da deyil. Kömək barədə şəxsən müraciət etməmişəm”. “Mən Bakı Slavyan Universitetinin 2-ci korpusunda oxuduğum üçün rektorla o qədər də ünsiyyətdə olmuram. Çünki onun ofisi əsas korpusdadır. Biz ən çox dekanı görürük, çünki bizim korpusa nəzarət edən odur”. Tərcümə fakültəsi, Arif Hüseynov: “Son dəfə rektoru bu yaxınlarda pilləkənlə düşəndə görmüşəm. Mənə hələ ki heç bir köməkliyi dəyməyib”. “Son dəfə birinci kursda tələbələrlə görüş keçiriləndə görmüşəm. Başqa vaxtlarda ancaq universitetə gələndə və universitetdən çıxanda görürəm. Keçən il təhsil haqqını hissə-hissə ödəməyimizə icazə verib. Özünü görməmişəm, ərizə yazılıb o da qol çəkib”. “Son dəfə 2 həftə əvvəl ünsiyyətdə olmuşam. Universitetdə müəllimlə problemim olub və bu problemin həllində rektorun mənə şəxsi köməkliyi dəyib”. “Rektorla 2-3 həftə bundan əvvəl təqribi görüş olub. Növbəti görüş də bu yaxınlarda olacaq. Tələbələrə qarşı mehriban, xoş və bacardığı qədər nəsihət verən bir insandır”. AzerTaym.az
“Son dəfə 7 ölkənin səfiri bizim universitetimizə gələndə ünsiyyətdə olduq. Özü çox səmimi qadındır. Bacardığı qədər hər tələbə ilə maraqlanır. Hələ 1-ci kursda olduğum üçün o qədər də köməklik istəməmişəm. Amma bilirəm ki, nə vaxt ehtiyacım olsa, kömək edər”.
Filologiya fakültəsi, Fatimə Məlikzadə:
Tərcümə fakültəsi, Aytən Rzayeva:
Pedoqoji fakültə, Şıxəli Quliyev:
Tərcümə fakültəsi, Tuqray Salahlı:
Sorğu keçirilən digər universitetlərin tələbələri kimi, Bakı Slavyan Universitetinin tələblərinin də əksəriyyəti ya ümumiyyətlə cavab verməkdən imtina etdilər ya da “qovulacam”, “aşağı kurslardan soruşun, mən deyə bilmərəm”, “onsuz da problemlərim var, başıma iş gələr”, “adım çəkilsə, problem yaranar” kimi ifadələrlə danışmaqdan yayındılar.