Sabah HAVA necə olacaq? - PROQNOZ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlayıb.
Qurumdan AzerTaym.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 32-35, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, avqustun 7-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.