Timoşenko Ukrayna əhalisini yeni «Maydan»a səslədi!
AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Ali Radada «Batkivşina» fraksiyasının başçısı Yuliya Timoşenko Ukrayna vətəndaşlarını noyabrın 15-də növbəti müddətsiz aksiyaya çağırıb. Siyasətçinin çıxışı «112 Ukrayna» telekanalı ilə yayımlanıb. Timoşenko prezident Petro Poroşenkonu və Milli Bankı ölkədəki korrupsiyanın və insanların yoxsullaşmasının başlıca mənbəyi adlandırıb və bəyan edib ki, fəaliyyətdə olan hakimiyyət gerçəkdən həm Ukrayna xalqını, həm də güclü Ukrayna dövlətini məhv edə bilər. Timoşenko onu da qeyd edib ki, Ukrayna hakimiyyəti ölkədəki vəziyyətlə barışmayanların hamısını «Kremlin əli» adlandırır. Bundan əvvəl xəbər verilmişdi ki, noyabrın 15-də Ukraynada müflis elan edilmiş «Mixaylovskiy» bankının əmanətçilərinin və həmkarlar təşkilatlarının etiraz akisyası keçiriləcək. Ukrayna daxili işlər nazirliyi isə bəyan etmişdi ki, ölkənin hüquq-mühafizə strukturları gücləndirilmiş iş rejiminə keçir.