PUTİN BU GÜN… - 6 il əvvəlki SSENARİ OLMAYACAQ
Bu gün Rusiyanın seçilmiş prezidenti Vladimir Putinin inaqurasiya mərasimi keçiriləcək. Putinin növbəti inaqurasiyası dəyişdirilmiş ssenari üzrə təşkil ediləcək. Belə ki, mərasim 6 il əvvəlki ssenarini təkrarlamayacaq. 2012-ci ildə Putinin kortejinin paytaxt Moskvanın mərkəzi küçələri ilə hərəkəti birbaşa yayımda translyasiya olunmuşdu. Bu dəfə o, sadəcə olaraq öz iş kabinetindən Böyük Kreml sarayına keçəcək. Bundan başqa, inaqurasiyaya bu il də olduqca çox qonaq dəvət edilib. Onların sayı təxminən 5 minə çatır. İnaqurasiya yerli vaxtla günorta başlanacaq. Putin Kreml Sarayının girişində Kremlin komendantının raportunu qəbul edəcək, daha sonra Georgiyevsk və Aleksandr zalları ilə Andreyevsk zalına keçəcək. Orada Putin Konstitusiya Məhkəməsinin hakimi və parlamentin hər iki palatasının başçılarının olduğu podiuma qalxacaq. Putin Rusiya Konstitusiyanın xüsusi olaraq dərc edilmiş nüsxəsinə sağ əlini qoyayaq andın mətnini tələffüz edəcək. Bundan sonra Konstitusiya Məhkəməsinin başçısı Putinin növbəti prezident müddətinin başlandığını elan edəcək. publika.az