Azərbaycana PAYIZ fəsli DAXİL OLUB
Bu gün Azərbaycana payız fəsli daxil olub. “Report”un məlumatına görə, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Artıq Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir.
Gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Ölkəyə qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək.