RUSİYANIN BƏŞƏR ƏSƏDİ QORUMASININ 6 SƏBƏBİ

ABŞ və müttəfiqləri tərəfindən Suriyaya endirdiyi aviazərbələri Moskva az qala özünə vurulmuş sayır.

Fransanın “Le Journal Du Dimanche” qəzetinin icmalçısı Zoya Lastenne Kremlin müharibə başladıqdan bu yana hələ də Suriyadakı rejimi qorumağa davam etməsi üçün 6 səbəb sayır:

1. Rusiya özünü Şərq xristianlarının hamisi olaraq görür.

Tarixçi alim Frederik Pişon özünün “Suriya: Rusiya üçün dəyər nədir” kitabında yazır ki, Kreml və Rus pravoslav kilsəsinin davranışları Rusiyanı ərəb dünyasında yaşayan xristianların müdafiəçisinə çevirir.

2. Rusiyanın Suriyadakı iqtisadi maraqları mühüm olsa da, həlledici deyil.

Suriyada Rusiyanın Aralıq dənizindəki tək istinadgahı sayılan Tartus limanı yerləşir. Latakiyadakı aviabaza isə Rusiyanın bölgədəki ikinci hərbi varlığıdır. Bəşər Əsəd rejimi isə Rusiya silahlarının satışında müştərilər üçün yaxşı reklam rolunu oynayır.

3. Suriyadakı qeyri-sabitliyin Rusiya ilə qonşu ölkələrə yayılması

“Rusiya bufer zonaları terminləri üzərində çox düşünür. O, qonşu ölkələri diqqətlə izləyir və yeri gəldikdə qeyri-sabitlik situasiyalarında onları nəzarət altında saxlayır”, - Starteji araşdırmalar fondunun eksperti İzabel Fakon qəzetə bildirib.
İ.Fakon Rusiyanın radikal islamın postsovet məkanına yayılmasını önləməyə çalışdığını bildirir. 
Elə Rusiyada, həmçinin postsovet ölkələrində də olan cihadçı qrupları buraya əlavə etmək lazımdır. Bu səbəbdən Putin “ərəb baharı”nı öz ölkəsinin milli təhlükəsizliyi üçün təhdid hesab edib.

4. Amerikanın qüdrətinin zirvəsində Rusiya özünü regional gücdən daha böyük birisi olduğunu göstərmək istəyir.

İzabel Fakon Rusiyanın Suriyaya müdaxiləsini Barak Obamanın 2014-cü ildə onu sadəcə regional güc adlandırmasının nəticəsi olaraq görür. Kreml ABŞ-a öz maraqlarına zərbə dəydiyi təqdirdə özünü əsl dünya dövləti kimi apara biləcəyini göstərmək istəyir.
Putin Rusiyası Sovet İttifaqının dağılmasından sonra itirdiyi rolu yenidən qaytarmaq arzusundadır. Kreml ABŞ-ın qlobal qüdrətini zəiflətməyə və çoxqütblü dünyanı yaratmağa cəhd edir. Buna görə də Suriya İran, Çin kimi dövlətlərlə münasibətlərdə əməkdaşlığa can atır”.

5. Rusiya özünün nüfuz dairəsində olan yerlərdə rejim dəyişikliyindən qorxur.

Belə yerlərdə rejimin birdən-birə dəyişməsi Rusiya üçün qorxulu ssenaridir. Rusiya hesab edir ki, bir neçə ildə onsuz da Gürcüstan, Ukrayna, Qırğızıstan, Liviya kimi yerlərdə rejimlərin dəyişməsinə kifayət qədər dözüb. Burada baş verən hadisələrdə Qərbin rolu olduqca böyükdür və həmin ölkələr Rusiyanın nüfuz dairəsindən uzaqlaşırlar.

6. Rusiya Qərbin dinc insanları qorumaq məqsədilə müdaxilə fikrini rədd edir.

Suriyadakı nüfuz savaşından başqa burada dəyərlər münaqişəsi göz önündədir. Rusiya Qərbin müdaxilələrinin əsas mərkəzində yer alan “insanları müdafiə məsuliyyəti sərhədləri” ideyasına oldquqca skeptik yanaşır. 
Musavat.com






Fikirlər