AZAL prezidentindən ölkə prezidentinə ŞİKAYƏT
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Yevlax rayon Cırdaxan kənd sakini Vəliyev Möhübbət Əlican oğlu tərəfindən
Ərizə
Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, mən Yevlax rayonu Cırdaxan kəndində yaşayıram. Mən bu müraciəti Sizə üç aztəminatlı ailənin adından edirəm. (Qeyd edim ki, ailə üzvlərimizin sayı 15 nəfərdir, yarısı məcburi köçkündür). Bizim maddi vəziyyətimiz kənd təsərrüfatına bağlıdır. Bizim 2013-cü ilin aprel ayına qədər heç bir maddi problemimiz olmamışdı. Yevlax rayonu hava limanını genişləndirmək məqsədilə aparılan yenidənqurma işləri zamanı Yevlax rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 yanvar tarixli qərarı ilə bizə verilmiş pay torpağı əlimizdən zorla alınaraq aeroportun ərazisinə qatıldı. Əvəzində isə bizə başqa yerdən torpaq vermədilər, nə də kompensasiya ödəmədilər. Biz çıxılmaz vəziyyətdəyik.
Cənab Prezident!
AZAL-ın nümayəndəsi Etibar adlı şəxs (vəzifəsini bilmirəm) dəfələrlə bizə hədə - qorxu gəldi. Biz bu haqda dəfələrlə müvafiq orqanlara müraciət etsək də heç bir nəticəsi yoxdur. Dəfələrlə AZAL-ın prezidenti Cahangir Əsgərova da məktub ünvanlamışıq, amma bizə heç bir cavab verilməyib. Bəs biz kimə müraciət edək?
Hörmətli dövlət başçımız!
Ümidimiz ancaq Sizsiniz. Sizdən xahiş edirəm ki, mənim bu şikayətimlə maraqlanasınız və bizə bu işdə kömək göstərilməsi üçün müvafiq qurumlara tapşırıq verəsiniz.
Əlaqə nömrəsi: 050 - 768-87-72