08.08.2014- Göyçayın icra başçısının əlindən Bakıya yürüşə hazırlaşırlar...
Göyçay rayonu Cəyirli kənd sakinləri rayon icra başçısının qanunsuz əməllərindən Moderator.az-a aşağıdakı məzmunlu şikayət məktubu göndəriblər:
"Göyçay rayon İcra Hakimıyyəti başçısı Mənsur Məmmədov bizim qanunu əmlak pay torpaqlarımıza əl qoyub deyə mülkiyyətimizdən qanunsuz olaraq məhrum edilmişik. Belə ki, kənd ərazisində 1998- ci il tarixdə hamı kimi bizə də əmlak pay torpaqları verildi. Bütün qanunu sənədlərimiz var. Ancaq sonradan bizim qanunu pay torpaqlarımız Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin, onun qardaşı-kənd icra nümayəndəsi Fərhad Nəbiyevin təşəbbüsü ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin sədri Nofəl Fərzəliyevin saxta sənədləri əsasında başqa şəxslərə satılmışdır ki, bütün bunların başında Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun dayandığı artıq sübut olunub. Qanunu torpaqlarımıza sahib olmaq üçün məhkəmədə qaldırdığımız iddialar təmin olunmuş, lakin Ali Məhkəmənin 06 .09.2012-ci il tarixli 2(102)-2617/2012 saylı Qərarının icrasına rayon rəhbəri Mənsur Məmmədov icazə vermir. İcra başçısı şəxsən deyir ki, Ali Məhkəmənin yox, mənim razılığım olmalıdır. Mənsur Məmmədov Göyçay Rayon İcra başçısı vəzifəsinə təyin olunandan rayon sakinləri zəlil olublar. Çoxlu sayda kənd sakinləri analoji qanunsuzluqla, saxtakarlıqla üzləşib. Kənd sakinləri bu özbaşınalığa görə torpaqlarını əkib- becərə bilmədiyi üçün yoxsul vəziyyətə düşmüşdür. Biz bir qurup kənd sakini sözümüzü şəxsən Prezidentə çatdırmaq üçün 11 avqust 2014-cü il tarixdə Bakı şəhərinə Prezident Administrasiyasına qəbula gedəcəyik . İnanırıq ki, Prezident cənab İlham Əliyev şəxsən bu qanunsuzluğu araşdırıb tədbir görəcək. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik.
Cənab Prezident, xahiş edirik bizim əmlak pay torpaqlarımızın özümüzə qaytarılmasına, məhkəmə qəarının icra edilməsinə köməklik göstərəsiniz,saxtakarlıqla, qanunsuzluqla məşğul olan icra başçısı Mənsur Məmmədovun barəsində tədbirlər görəsiniz.Ümüdümüz ancaq Sizədir."
İmza:
Quliyev Əlsafa Bilal oğlu.
Feyzullayev Zülfü Abdulrəhman oğlu
Adgözəlov Qurban Arif oğlu
Quliyev Nahid Şalir oğlu