24.07.2014-Avşarlar İlham Əlievdən su istəyirlər.
Müraciətlərində Avşar və Aşağı Avşar kəndlərinin əkin sahələrinin suvarılması üçün suya möhtac olduğu, ancaq onların bu probleminin illərlə həllini tapmadığı qeyd edilir. Məsələn Aşağı Avşar kənd sakinlərinin müraciətində deyilir:
Möhtərəm prezident! Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı kimi Sizə müraciət edərək bizim kəndlərin uzun illərdən bəri həll olunmayan probleminə, su probleminin həllinə yardım etməyinizi xahiş edirik. Dəfələrlə Meliosrasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədova müraciət etsək də, bu günə kimi bizim kəndlərin su problemi həllini tapmayıb. Baxmayaraq ki, Aşağı Avşar kəndinin torpağının üzəri ilə qonşu Salmanbəyli kəndinə su kəməri çəkilib, Aşağı Avşar kəndinin sakinlərinə bu sudan istifadə etmək imkanı verilməyib. Bu su kəmərindən bizim də istifadə etməyimz üçün dəfələrlə müxatəlif dövlət qrumlarının rəhbərlərinə, o cümlədən də Meliorasiya və Su Təsərürfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə dəfələrlə müraciət etməyimizə baxmayaraq bizim su problemimiz həll olunmamış qalır.Bütün bunlar rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyevin Avşar və Aşağı Avşar kəndlərinə ögey münasibət bəsləməsinin nəticəsidir.Onun bu mövqeyi rayonun idarə və müəssisə rəhbərlərinin Avşar və Aşağı Avşar kəndlərinə qarşı münasibətinə də siyarət edib. Buna görə rayonun Suvarma Sistemləri İdarəsi də dəfələrlə müraciətimizə baxmayaraq, bizim su problemizi həll etmək istəməyib. Bizim Meliorasiya və Su Təsərürfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə dəfələrlə müraciətimiz də heç bir nəticə vermir. Meliorasiya və Su Təsərürfatı ASC-nin sədri Əhməd Əhmədzadənin səhhəti və yaşı yerlərdəki real vəziyyətlə tanış olmağa imkan vermədiyi üçün biz onun tabeçiliyində olan məmurlardan asılı düşmüşük. Meliorasiya və Su Təsərürfatı ASC-nin yerli idarəsi də icra başçısı Şahin Məmmədovun sifarişlərini yerinə yetirrək bizim qanuni tələblərizi yerinə yetirmək istəmir. İndi bizim son ümid yerimiz dövlət başçısınadır. Ümid edirik ki, Sizə müraciətimizdən sonra bizim illərdir həllini tapmayan su problemimizin həlli istiqamətdə addımlar atılacaq.
Bu müracətlə bağlı kiçik araşdırmamız da Aşağı Avşar kənd sakinlərinin müraciətdə qeyd etdikləri məəsələlərin həqiqət olduöunu təsdiq etdi. Aşağı Avşar kəndinə aid torpaqların üzərindən qonşu Salmanbəyli kəndinə kimi su kəməri çəkilib. Ancaq bu 9 km-lik su kəmərinin 5 km-i Aşağı Avşar kəndinin ərazisindən keçsə də, onlara sudan istifadəyə imkan yaradılmayıb. Belə ki, su kəımərində çıxış qoyulmadığı üçün bütün su yalnız Salmanbəyli kəndinə axır.
Aşağı Avşar kəndlərinə qarşı bu ögeyliyin səbəbini bilməsək də, bunun həqiqət olduğunu yalnız bir bu fakt sübut edir.
Mövzu ilə bağlı Meliorasiya və Su Təsərürfatı ASC-nin sədri Əhməd Əhmədzadənin də münasibətini öyrənməyə çalışacağıq.