19.02.2014. - Hülya Avşarın 3 milyonluq yatırımı boşa çıxdı
Türkiyəli aktrisa və müğənni Hülya Avşar ötən il açdığı idman zalından imtina edib.
AzerTaym.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi salona istənilən qədər vaxt ayıra bilmədiyi üçün bu addımı atıb. İfaçı idman zalından nə qədər gəlir əldə etdiyini açıqlamayıb.
Qeyd edək ki, Hülya Avşar sözügedən məkanı böyük həvəslə yaratmışdı. Sənətçi 3 milyon lirə (təxminən, 1.2 milyon AZN) yatırım etdiyi idman zalının həm inşa edilməsinə və dizaynına, həm də idman məşqçilərinin, işçi heyətinin seçilməsinə şəxsən nəzarət etmişdi.