Hesablama Palatası DÖVLƏT sirlərini əldə EDƏ BİLƏCƏK

Hesablama Palatası dövlət sirri hesab edilən və kommersiya sirrini təşkil edən məlumatları əldə edə biləcək.

Modern.az-ın məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.

Belə ki, yeni qanun layihəsinin 8-ci maddəsinin ( Hesablama Palatasının hüquqları) 8.0.7-ci bəndində göstərilib ki, dövlət sirri hesab edilən və kommersiya sirrini təşkil edən məlumatları əldə edir.

Qeyd edək ki, Milli Məclis dekabrın 15-də keçirdiyi iclasda qanun layihəsini təsdiq edib. 






Fikirlər