YENİ NAZİR fermerlərin şikayətlərini DİNLƏDİ - FOTO

Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

Qurumun mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, nazir əvvəlcə “Aqrolizinq” ASC-nin əməkdaşlarının iş şəraiti ilə tanış olub. İş prosesində əməkdaşların qarşılaşdıqları  bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov Cəmiyyətin fəaliyyətinin bütün istiqamətləri, o cümlədən Avtomatlaş- dırılmış İnformasiya Sistemi (AİS) və göstərilən xidmətin elektronlaş- dırılması sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib.

Nazir daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermer və sahibkarlarla da görüşərək onlarla ətraflı söhbət aparıb. İstifadəçiləri diqqətlə dinləyən nazir onların qarşılaşdıqları çətinliklər, aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb.

Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.

 






Fikirlər