Nazir rəhbərləri dəyişdi
Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinin - "Aqrolizinq" ASC və Dövlət Fitosanitariya Nəzarəti Xidmətinin rəhbərliyində dəyişikliklər baş verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev çərşənbə axşamı Trend-ə deyib ki,
kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Elşən Məmmədov "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri təyin edilib. O, 2014-cü il mayın 22-dən İdarə Heyətinin sədri səlahiyyətlərini icra edirdi.
Nazirin digər əmri ilə Cəmil Quliyev Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri təyin olunub. Daha əvvəl o, Respublika Bitki Mühafizəsi Mərkəzinin direktoru vəzifəsini tuturdu.
Dövlət Xidmətinin rəhbərliyində vəzifə dəyişikliyi qurumun rəhbəri Məmmədəli Dünyamalıyevin təqaüdə çıxması ilə əlaqədardır.