DEPUTAT Sahibə Qafarovaya yeni VƏZİFƏ VERİLDİ
Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Bundan əvvəl Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov idi. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Modern.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətinin rəhbəri vəzifəsinə Sahibə Qafarova təyin olunub.