Prokurorluqdan SABİQ MTN ƏMƏKDAŞININ güllələnməsi ilə BAĞLI AÇIQLAMA

Prokurorluqdan sabiq MTN əməkdaşının güllələnməsi ilə bağlı açıqlama

Xətai rayon Prokurorluğu Bakı şəhər sakini, 1970-ci il təvəllüdlüVahabov Fariz Mirzaid oğlunun qətli ilə bağlı açıqlama verib.
Prokurorluqdan Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, Vahabov Fariz Mirzaid oğlunun qətli ilə bağlı hələlik saxlanılan şəxs yoxdur. Baş verən hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir və qətlin kim və ya kimlər tərəfindən törədilməsi araşdırılır. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Prokurorluqdan həmçinin bildirilib ki, Fariz Vahabovun hansısa qadınla əmlak mübahisəsinin olması barədə məlumatlar şayiədir. Onunla keçmiş həyat yoldaşı arasında problem olub.O da illər öncə həllini tapıb. Mərhum ikinci dəfə ailə qurub.
Qeyd edək ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun qətlə yetirilmiş meyitini avtomobildə aşkarlayıblar.
Fariz Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq oradan çıxıb. Sonra Vahabov bizneslə məşğul olub.






Fikirlər