Şəhid pilotlar və polkovnik-leytenantla vida mərasimi başa çatıb


Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, mərasimin rəsmi hissəsinin bitməsindən ardından şəhidlərin yaxınları sonuncu dəfə onların cənazəsi qoyulmuş taputa sarılaraq, vidalaşıblar.

Cənazələr dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılıb.






Fikirlər