ŞƏHİD polkovnik-leytenant izdihamla YOLA salınır - FOTOLAR
Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun polkovnik-leytenantı, Raqif Orucov doğulduğu Sumqayıt şəhərində vida mərasimi keçirilir. “Qafqazinfo”nun dəfndə iştirak edən əməkdaşının məlumatına görə, mərasimdə zabit və əsgərlər, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak edibler. Şəhidin qardaşı Zabil Orucov çıxış ederek vida mərasiminə gələn hər kəsə təşəkkürünü bildirib: “Burada əsgərləri də görürəm. İnanın, qardaşım məndən çox onların qardaşıdır. Onlarla daha çox vaxt keçirirdi. Bu qədər insan bizi tək qoymadı. Qardaşımı ağlaya-ağlaya yox, alqışlarla yola salırıq. Anamız da şəhid olmuşdu. Şəhid ananın şəhid oğlu oldu”. Allah rəhmət eləsin! AzerTaym.az