“Aztelekom” MMC-nin rəhbərliyində KADR dəyişikliyi olub

“Aztelekom” MMC-nin rəhbərliyində kadr dəyişikliyi olub 
“Aztelekom” MMC-nin  rəhbərliyində kadr dəyişikliyi baş verib.
 
“APA-Economics”in əldə etdiyi məlumata görə, MMC-nin maliyyə şöbəsinin müdiri Faiq Cəfərov, baş direktorun müşaviri Kərim Rəhimov və “Aztelekom” MMC-nin baş mühasib vəzifəsini müvəqqəti icra edən Aslan Məcidov tutduqları vəzifədən azad olunublar.
 
“Aztelekom” MMC-dən “APA-Economics”ə faktı təsdiqləyiblər.
 
 
Qeyd edək ki, “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.






Fikirlər