Tağıya rəhmət oxutduran Zaur Hüseynovun “yeraltı” maxinasiyaları – ARAŞDIRMA

“Tağıya rəhmət oxutduran Zaur Hüseynovun “yeraltı” maxinasiyaları – ARAŞDIRMA

"Tağı Əhmədova şükür edəcəksiniz”, həmkarlarımızdan biri Zaur Hüseynov Bakı Metropoliteninə rəis təyin olunanda belə demişdi. Açığı çoxları buna inanmırdı. Hər-halda jurnalistlərə qarşı kobudluğu ilə gündəmə gələn Tağı Əhmədov kimi olmayacaqdı yeni rəis deyə düşünürdük. Amma Zaur Hüseynov Metropolitenə rəhbərlik etdiyi dövrdə həqiqətən də "Tağı Əhmədova şükür” etdirdi.

 
Z. Hüseynovun metropoliten sisteminə yad olması problemlərin olacağına dair gözləntilərə səbəb olmuşdu. Amma paytaxt insanının ən çox istifadə etdiyi metroda "yeni sima” görməsi belə gözləntiləri ikinci plana keçirdi.
 
Metropolitenin "yeni siması”nın gəlişi və ilk addımı
 
Z. Hüseynov uzun müddət "Qaradağ-Sement” ASC-də baş mühasib olaraq çalışıb. 2007-ci ildə "Bakıelektirikşəbəkə” ASC-nin sədr müavini təyin edilib. 7 il burada çalışdıqdan sonra heç bir təcrübəsi olmayan Bakı Metropoliteninə rəhbər təyin edildi. "Yeni sima”nın atdığı ilk addım onun təcrübəsizliyini göstərdi. Belə ki, Z.Hüseynovun ilk işi metrostansiyaların girəcəyindəki ticarət obyektlərinin bağlanması oldu. İlk vaxtlar bu dəstək qazandı. Amma zaman keçdikcə "yenisima”nın əsas məqsədinin heç də sərnişinlərin rahatlığını düşünmək yox, şəxsi biznesini yaratmaq olduğu aydın oldu. 
Əldə etdiyimiz məlumata görə, Z. Hüseynov metronun bir neçə stansiyasında ticarət obyektlərinin açılmasına icazə verməklə, həm istədiyi "haqqı” qoydu, həm də digər stansiyaları təmizləməklə"gözə kül üfürdü”. 
Məlumatlı mənbə deyir ki, metronun ticarət obyektləri fəaliyyət göstərən stansiyalarında, xüsusilə "20 Yanvar”dan yığılan "yer pulları”nın hamısı Z. Hüseynovun "bildiyi yerə" axır. 
 
"Yeni sima”nın Bakı Metropoliten İdarəsinə gələndən sonra apardığı kadr siyasəti də onun təcrübəsizliyinə daha bir sübut idi. Belə ki, Z. Hüseynov metroda "saç ağartmış” təcrübəli kadrları təcrübəsiz olan yeni kadrlarla əvəzləməyə başladı. 
 
Məlumata görə, Z. Hüseynovun bu addımının səbəbi bir qədər şəxsi yanaşmadır. 
 
"Çünki o, özündən daha təcrübəli işçini sevmir, özünün birnci şəxs olaraq daha ağıllı olduğunu sübut edir. Bununla yanaşı, köhnə təcrübəli kadrların aldıqları əmək haqqı onun gözündə böyük görünürdü. Onların əmək haqlarını azaltsaydı, bu ciddi narazılığa səbəb olardı. Ona görə də yeniləri ilə əvəzləyərək,  təcrübəsiz kadrlara istədiyi məbləğdə əmək haqqı verir”, - metropolitenə yaxın mənbə bizimlə söhbətində belə deyir.
 
Aktual.az xəbər verir ki, Miq.az-a daxil olan məlumata görə, Z. Hüseynov "yeraltı dünyada” qohumlarından ibarət özünün"ətrafını” yaradıb və bütün "yağlı işlər” Hüseynov və qohumları tərəfindən "icra” olunur.
 
Zaur Həsənovun metro işini bilməməsi qatarların iş qrafikində də özünü göstərir. Gündəlik rastlaşdığımız hadisələr göstərir ki, metroda mövcud idarəetmə sıfır səviyyəsindədir. Bəzən qatarlar 9-12, bəzən də 15-20 dəqiqə intervalla işləyir, eskalatorların yetərli hissəsi istismar edilmir, xəttə nazas qatarlar buraxılır, həmçinin, yay-qış rejimi hazırda demək olar ki, işləmir. Əldə etdiyimiz məlumata görə, Z. Hüseynov metronun təchizat işlərini öz adamlarına tapşırıb. Rəisin adamları isə ən keyfiyyətsiz materialları alaraq, onları baha qiymətə aktlaşdırırlar. Beləliklə, Z. Hüseynov böyük miqdarda pulları "silir”. 
 
"Metro stansiyalarında istismar müddətini başa vuran eskalatorların yenilənməsi prosesi demək olar ki, dayanıb. Amma sənədləşmədə yeni eskalatorların alındığı göstərilir”, - deyə Bakı Metrololitenindəki mənbə bildirir.
 
Keçmiş millət vəkillərindən birinin dediyi kimi, həqiqətən də o, "Tağı Əhmədovun atasına rəhmət oxutdurur”.
 
Vergi borcu: Hüseynov dövlətin pullarını "yoxa çıxardır”
 
Ötən il ortalarında mediada yayılan informasiya dövlət şirkətlərinin vergi borclarının külli miqdarda olduğunu göstərdi. Bu şirkətlər arasında Bakı Metropoliteninin də adı ilk sıralarda idi. Məlumata görə, Z. Hüseynov gəlirləri kağız üzərində göstərərək, vergidən yayınır. Əvəzində xərcləri şişirdərək, dövlət büdcəsindən daha çox supsidiya alır. Misal üçün, 2014-2015-ci illərdə büdcədən Metropoliten idarəsinə 35 milyon manat supsidiya verilmişdirsə, 2016-cı ildə bu rəqəm 37,9 milyon manat olub. Əvəzində 2015-ci ildə Metropoliten 28,305 milyon manat zərər edib. 
 
Burada "paytaxt əhalisinin ən çox istifadə etdiyi ictimai nəqliyyat olan metro nə üçün büdcədən bu qədər supsidiya alır?”, yaxud "pulların sel kimi axdığı Metropoliten zərəri haradan qaynaqlanır?” kimi suallar açıq qalır.
 
Rəsmi məlumata görə, 2015-ci ildə "Bakı Metropoliten” QSC-nin gəlirləri 90,566 milyon, xərcləri isə 118,871 milyon. manat olub. Bu, 2014-cü illə müqayisədə müvafiq olaraq 10,1 faiz çoxdur. Amma diqqətçəkən məqamdır ki, metrpolitenin sərnişindaşımadan gəlirləri 2014-cü illə müqayisədə 2,2 faiz artaraq 43,005 milyon manata yüksəlib. Buna paralel olaraq, büdcədən ayrılan subsidiyaların həcmi 5,47 faiz artaraq 37,998 milyon manata çatıb. Burada uyğunsuzluqlar açıq şəkildə görünür. 
Ümumi hesablamalara görə, hər gün orta hesabla 600 min nəfər metrodan istifadə edir. Bu rəqəmi 20 qəpiyə vurduqda ildə 200 milyon manatdan artıq vəsait edir. Bəs nə üçün QSC gəlirlərini 90,566 milyon göstərir?
 
Bu sualın cavabı Metropoltendəki mənbənin "Rəisin adamları ən keyfiyyətsiz materialları alaraq, onları baha qiymətə aktlaşdırırlar” sözlərində ortaya çıxır. Görünür, gəlirlər və xərclər məsələsində Z. Hüseynov eyni metodu tətbiq edir. Yəni gəlirlərin yarıdan çoxunu gizlədir, xərcləri isə ikiqat şişirdir. Beləliklə, həm gəlirlərdən öz "rəis payını” götürür, həm də büdcədən ayrılan subsidiyalardan.






Fikirlər